Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın prezidenti Cozef Baydenlə görüşəcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, dövlət başçılarının görüşü “Böyük yeddilər”in (G7) sammitinin dövlət və hökumət başçılarının görüşü çərçivəsində baş tutacaq.
Prezidentlərin görüşünün məhdud formada keçiriləcəyi bildirilir.
Qeyd edək ki, "G7" sammitinin oktyabrın 30-31-də İtaliyanın payaxtı Romada keçirilməsi planlaşdırılıb.