İran İslam Respublikasının prezidenti İbrahim Rəisi Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəsinə rəsmi səfərə dəvət edib.
YeniAvropa İranın İRNA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, dəvət məktubunu İranın xarici işlər naziri Əmir Abdullahiyan BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü zamanı təqdim edib.
Qeyd edək ki, nazirlər Nyu-Yorkda görüşərək qarşılıqlı əməkdaşlıq əlaqələri ilə yanaşı Əfqanıstanda, Suriyada və Cənubi Qafqazda baş verən siyasi prosesləri müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tehranda görüşü də planlaşdırılıb.