Sentyabrın 22-si saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbə sakinləri 1998-ci il təvəllüdlü Kamil Cəfərovun öldürülməsi, qardaşı 2001-ci il təvəllüdlü Samir Cəfərova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Qaradağ rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1997-ci il təvəllüdlü Sərxan Dadaşovun şəxsi münasibətlər zəminində qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla Kamil Cəfərova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə, Samir Cəfərova isə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sərxan Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.