Şahidlər Xarici İşlər Nazirliyindəki “xırda-para” yeyintilərdən danışdılar
Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə, nazirliyin İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
YeniAvropa xəbər verir ki, prosesdə şahid qismində dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan “Ofis aləmi” şirkətinin sahibi Asif Ağayev dindirilib. O, təqsirləndirilən şəxslərdən Səlim Əlizadəni tanıdığını, sonuncunun onlara məxsus mağazadan dəftərxana ləvazimatları aldığını deyib: “Bizdən mal alır, bəzi hallarda nağd ödəyirdi, bəzən də sonradan gətirib malın pulunu verirdi. Ötən il Səlim müəllim nazirliklə müqavilə bağlamağımızı istədi. Dedi ki, bundan sonra rəsmi qaydada işləyəcəyik. Müqavilə imzalandı, qiymətlər razılaşdırıldı, müəyyən məbləğdə pul köçürüldü”.
Şahidin ifadəsinə görə, S.Əlizadə onun yanına gələrək xarici işlər naziri tərəfindən təmirlə bağlı tapşırıq verildiyini, bu səbəbdən pul lazım olduğunu deyib: “Bizim şirkətə nazirlik 60 min pul köçürdü. Biz isə nazirliyə 18 min manatlıq mal satmışdıq. Yerdə qalan pula da ilin sonunadək dəftərxana ləvazimatları verəcəkdik. Səlim müəllim pulu nağdlaşdırıb ona borc kimi verməyimi istədi. Dedi, nazirlik tapşırıb. Mən də 42 min manat pulu ona borc kimi verdim. Səlim müəllimlə bizim ofisdə görüşdük, özü gəlib pulu apardı”.
Şahidin istintaqdakı ifadəsi ilə məhkəmə verdiyi ifadələr arasında ziddiyət yarandığından onun istintaqa verdiyi ifadəsi elan edilib. İstintaqda verdiyi ifadəsində A.Ağayev deyib ki, tender zamanı qalib elan edildikdən sonra Xarici İşlər Nazirliyi tərəfindən şirkətin hesabına 68 min manat pul köçürülüb. Həmin pulun 18 min manatı avadanlıqlara xərclənib, yerdə qalan məbləğ bank hesabından çıxarılıb, nağdlaşdırıb, XİN əməkdaşı S.Əlizadəyə verilib.
S.Əlizadə deyib ki, katriclər və digər dəftər ləvazimatlarını “Ofis aləmi” mağazasından alıblar. Dəftər ləvazimatları üçün ayrılan 42 min manat pula gəlincə isə həmin məbləğ ustalara verilib.
Daha sonra şahid qismində Ramin Hüseynov dindirilib. O, təqsirləndirilən şəxslərin heç birini tanımadığını deyib. İfadəsində dayısı Zeynal Nağıyevin arvadı Sevdanın adına şirkət olduğunu, onun adının həmin şirkətə xəzinadar kimi qeyd etdiklərini deyib: “Dayım dializ xəstəsi idi. Mən özüm iki dəfə bankdan pul çıxarmışam. Bir dəfə 129 min, bir dəfə isə 97 min manat pul çıxardıb Asif (Təqsirləndirilən şəxsin dediyini görə, Asif suvenirlərlə məşğul olan şöbədə işləyib və üç il öncə rəhmətə gedib-red.) adlı şəxsə vermişəm. Onun müqabilində bizə 2500 manat pul verildi. Ondan da bir qismi vergiyə ödənildi. Yerdə qalan 800 manat isə dayımın dərmanlarına, müalicəsinə xərcləndi. O puldan mənə bir manat da çatmayıb. Bir müddət sonra şirkəti bağlatdırdıq".
Prosesdə dindirilən Mürvət Vəlişov isə adına 5 MMC açılıdığını söyləyib: “İşsiz adam idim. Rəsmiyyə Qazıyevə adlı tanış qadına etibarnamə verdim, bütün işləri özü həll eləyirdi. Hər ay şirkətlərin hər birinə görə 100 manat alır, dolanırdım. Son dövrlər Rəsmiyyə pulu vermirdi, narazılığımız yarandı. Ona görə də şirkətləri ondan geri aldım. Hazırda Rəsmiyyənin harada olduğunu bilmirəm. Maraqlandım ki, şirkətlərin 8 min manat vergi borci yaranıb”.
Tərəflərin suallarını cavablandıran şahid istintaqa verdiyi ifadəsini təsdiq edib. 2017-ci ilin may ayından 2018-ci ilin sonuna kimi hər bir şirkət üçün 100 manat aldığını etiraf edib.
“Şirkətlərin nə işlə məşğul olduğunu bilməmişəm. İstintaqa çağırılanda bilmişəm ki, çirkli işlərlə məşğul olublar. Mən də banka gedib xahiş etdim ki, heç bir əməliyyat aparılmasın”,-deyə şahid qeyd edib.
Prosesdə dindirilən digər şahid "Ofis Aləmi" MMC-nin işçisi Sabbar Cəbrayılov olub. O, ifadəsində S.Əlizadəni tanıdığını, onların mağazasından mal aldığını deyib: “Biz sonradan Xarici İşlər Nazirliyi ilə müqavilə bağladıq. Hesabımıza pul köçürdülər. Sənədləri mən yazırdım. Onlara 18 min manatlıq mal satmışdıq. Bizə 60 min manat pul köçürmüşdülər. Başqa məsələrlərdən mənim xəbərim olmayıb".
Məhkəmə prosesi sentyabrın 29-da davam edəcək.
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır