Pərviz Şahbazov“Gastech 2021” sərgi və konfransında iştirak edib
Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzruinin dəvəti ilə sentyabrın 21-23-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və 300-dən çox yüksək vəzifəli şəxsin, o cümlədən siyasətçilər, iş adamları və ekspertlərin iştirak etdiyi “Gastech 2021” sərgi və konfransında iştirak edib.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, nazir Pərviz Şahbazov “Hidrogen təchizatı zəncirinin sürətlə genişlənməsinə dəstək siyasəti” mövzusu üzrə nazirlər panelində çıxış edib. Energetika naziri iqlim dəyişikliyinin dünyanın enerji keçidini təşviq edən reallıq olduğunu vurğulayıb, enerji təhlükəsizliyi və ekoloji təhlükəsizlik arasında balansa nail olmaq məqsədilə “yaşıl enerji”dən istifadənin təxirəsalınmadan genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, enerji keçidi prosesinin effektivliyi enerji istehsalçıları və istehlakçıları arasında geniş dialoqu zəruri edir.
Nazir Pərviz Şahbazov enerji keçidi prosesi ilə əlaqəli ölkəmizdə həyata keçirilən tədbirlər, bərpa olunan enerji sahəsində reallaşdırılan layihələr və perspektivlərdən də bəhs edib: “Ənənəvi enerji resurslarının ixracatçısı olan Azərbaycanın 2030-cu ilə qədər hədəfi elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payını 30 faizə çatdırmaqdır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu müddətdə “təmiz ətraf mühit”ə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək sosial-iqtisadi inkişafın beş Milli Prioritetindən biri kimi müəyyənləşdirilib ki, bu da ölkəmizin enerji keçidi ilə bağlı kursuna sadiq olduğunu göstərir”.
Azərbaycanda son dövrdə külək və günəş enerjisi üzrə aparıcı beynəlxalq şirkətlərlə investisiya və icra müqavilələrinin imzalandığı, eyni zamanda, yaxın gələcəkdə bərpa olunan enerji hərraclarının keçirilməsinin planlaşdırıldığı da diqqətə çatdırılıb.
Tədbir çərçivəsində energetika naziri Pərviz Şahbazov Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) “İlin təbii qaz, LNG və hidrogen layihəsi” nominasiyasında qalib olduğu “Gastech Awards 2021” mükafatlandırma mərasiminə də qatılıb.
Səfər zamanı bir sıra görüşlər də keçirilib. Azərbaycanın energetika naziri ilə BƏƏ-nin energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui arasında baş tutan görüşdə enerji sahəsində ikitərəfli və çoxtərəfli səmərəli tərəfdaşlıq münasibətləri müzakirə edilib. Nazir “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının inşası üzrə layihənin həyata keçirilməsini Azərbaycanda işgüzar mühitə olan inamın göstəricisi kimi qiymətləndirib. BƏƏ-nin dayanıqlı və müasir enerji sahəsi üzrə ixtisaslaşmış digər şirkətlərinin də bu ənənəni izləyərək Azərbaycanda müvafiq sahələrə investisiya yatıracaqlarına ümid etdiyini bildirib.
“ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və “Masdar”ın baş direktoru Mohamed Jameel Al Ramahi ilə keçirilən ikitərəfli görüşlərdə isə günəş və külək elektrik stansiyaları layihələrinin icrası ilə bağlı müzakirələr aparılıb.
Nazir, həmçinin Beynəlxalq Enerji Forumunun baş katibi Joseph McMonigle və Şri Lankanın energetika naziri Udaya Gammanpila ilə də görüşüb, daha sonra CNN kanalına müsahibə verib. Neft və qaz sənayesinin gələcəyi, növbəti onillikdə enerji sektorunu formalaşdıran tendensiyalar, Azərbaycanda enerji keçidi təşəbbüsləri və digər mövzularla bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, “Gastech” sərgisində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də böyük stendlə təmsil olunub.
Təbii qaz, mayeləşdirilmiş təbii qaz, hidrogen və ümumilikdə enerji sənayesi üzrə qlobal miqyasda aparıcı tədbirlərdən biri olan “Gastech” sərgi və konfransı COVID-19 pandemiyası başladıqdan sonra ötən dövr ərzində ilk dəfə olaraq dünya enerji sənayesi mütəxəssislərini bir araya toplayıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb