Rusiyanın Xabarovsk vilayətində “AN-26” hərbi təyyarəsi Xabarovsk aeroportundan 38 kilometr məsafədə, “Xextsir” qoruğu yaxınlığında radarlardan itib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, “Lyotnıye proverki i sistemı” QSC-yə məxsus təyyarədə 6 nəfər – pilotlar və texniki mütəxəssislər olub. Təyyarə rabitə vasitələrini testdən keçirmək üçün texniki uçuş həyata keçirib.
Təyyarənin pilotları sonuncu dəfə “Xextsir” qoruğuna 38 kilometr qalmış əlaqəyə çıxıblar. Uçuş boyu nasazlıq barədə məruzə edilməyib. Təyyarənin qoruq yaxınlığında təpəyə çırpıldığı ehtimal olunur.
Hadisə yerinə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin “Mi-8” helikopteri və Amur Xilasetmə Mərkəzinin xlasediciləri yollanıb.