Azərbaycan Taekvondo Federasiyasının ilk prezidenti Süleyman Məmmədov 73 yaşında vəfat edib.
YeniAvropa xəbər verir ki ,Süleyman Məmmədov Azərbaycan Taekvondo Federasiyasına 2002-ci ilədək rəhbərlik edib.
Mərhum həmçinin Azərbaycan Hapkido Federasiyasının, Dünya Turan Do, Dünya Universal Döyüş sənətləri, Yaşlıların Dünya Döyüş sənətləri Assosiasiyalarının, həmçinin Dünya Döyüş sənətləri Assosiasiyası Qlobal Konfederasiyasının prezidenti və yaradıcısı olub.