logo

Koronavirusa yoluxan jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır

13:52 22-09-2021 | icon 1694
Koronavirusa yoluxan jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış telejurnalist və idman şərhçisi Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabil olaraq qalır.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistin müalicə aldıı “Yeni Klinika”dan bildirilib.

"Jurnalistə fasiləsiz böyrək əvəzedici terapiyası aparılır və ECMO aparatı ilə orqanizmin funksiyaları dəstəklənir",-deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra "Yeni Klinika"ya köçürülüb. Klinikaya yerləşdirilərkən onun  ağciyərlərində 85 faiz "buzlu şüşə" müəyyən edilib.

"Onda kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir. Elnur Əşrəfoğlu 4 gün əvvəl klinikanın reanimasiya şöbəsinə köçürülüb. Xəstə hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Saturasiyası 70 faizdir", - deyə klinikadan bildirilib.