“Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri” adlı konfrans keçirilib
Sentyabrın 22-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda “Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri” adlı konfrans keçirilib.
YeniAvropa xəbər verir ki, konfransda İranın Xarici İşlər nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpurun və Türkiyədən İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğurun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, hər iki mərkəzdən olan nümayəndə heyətləri Mərkəzin dəvəti ilə Azərbaycana gəlib. Onun sözlərinə görə, uzun müddətdir planlaşdırılan bu konfrans pandemiya səbəbindən bir neçə dəfə təxirə salınıb. Fərid Şəfiyev bildirib ki, məhz düşüncə mərkəzləri hər hansı, o cümlədən problemli məsələlərin müzakirəsi üçün məqsədəuyğun platformadır. “Tədbiri keçirməkdə məqsədimiz İkinci Qarabağ müharibəsindən sonra yaranmış geosiyasi vəziyyəti, regionda formalaşmış yeni əməkdaşlıq potensialını, o cümlədən nəqliyyat və digər layihələri müzakirə etməkdir. Müharibədən sonra Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 3+3 regional əməkdaşlıq platforması təklif olunub. Çox güman ki, yaxın vaxtlarda altı ölkənin bir araya gəlməsi çətin məsələdir. Azərbaycanla Ermənistan arasında münasibətlər düzəlməyib və Azərbaycan tərəfinin postmünaqişə dövrü ilə bağlı təklifləri qəbul edilməyib. İndiki mərhələdə üçtərəfli formatla müzakirələrin keçirilməsi məhz platformanın genişləndirilməsi hədəfinə xidmət edir”, - deyə Fərid Şəfiyev qeyd edib.
Daha sonra çıxış edən İranın Xarici İşlər nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və bildirib ki nəticədə yaranmış yeni reallıq tək milli deyil, həm də regional məsələdir. İran nümayəndəsinin sözlərinə görə, ölkəsinin Azərbaycan və Türkiyə ilə ayrılıqda yaxşı ikitərəfli əlaqələri mövcuddur. M.K.Səccadpur əlavə edib ki, hazırda əsas məqsəd ikitərəfli əlaqələri səmərəli şəkildə üçtərəfliyə çevirməyin yollarını tədqiq etməkdir. İran nümayəndəsi ölkələr arasındakı münasibətlərdə yeni imkanların araşdırılması baxımından beyin mərkəzlərinin rolunu da xüsusi vurğulayıb.
Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğur çıxışı zamanı qeyd edib ki, Azərbaycan, İran, Türkiyə tarix və mədəniyyət baxımından ortaq dəyərlərə malikdir. O bildirib ki, hər üç region ölkəsi zamanla ortaq təhdidlər və çağırışlarla üzləşir. Onun sözlərinə görə, bu kimi görüşlər regiondakı siyasi proseslərin təhlili üçün əlverişli imkan yaradır. Haqqı Uyğur görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin, Əfqanıstan məsələsinin də müzakirə ediləcəyini deyib. Onun sözlərinə görə, həmçinin ortaq ticarət məsələlərinə dair fikir mübadiləsi aparılacaq və yekunda hesabat hazırlanacaq.
Daha sonra tədbir qapalı şəkildə davam etdirilib.
Nümayəndə heyətinin sabah Ağdam şəhərinə səfər etməsi nəzərdə tutulub.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək