logo

Zelenskinin köməkçisinə sui-qəsd edildi

12:12 22-09-2021 | icon 3073
Zelenskinin köməkçisinə sui-qəsd edildi

Naməlum şəxslər Ukrayna prezidentinin müşavirinə və yaxın adamı olan Sergey Şefirə sui-qəsd ediblər. 

 YeniAvropa xəbər verir ki, bu barədə "Strana.ua" məlumat yayıb.

Bildirilib ki,  hücum Kiyev şəhərinin yaxınlığındakı Lesniki kəndində baş verib. "Dövlət məmurunu güllələməyə cəhd ediblər. S.Şefir xəsarət almayıb, lakin sürücüsü üç güllə yarası ilə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib", - deyə məlumatda bildirib.

Polis artıq atəş açan şəxsin tutulması üçün xüsusi əməliyyatın başlanıldığını elan edib. Prezident Vladimir Zelenski və ətrafı hələlik baş verənlərə reaksiya verməyib. Cinayətin motivi də hələlik bəlli deyil.

Qeyd edək ki, Sergey Şefir 2019-cu ildə Ukrayna liderinin birinci köməkçisi təyin edilib. Bundan əvvəl S.Şefir Zelenskinin qurduğu “95 Kvartal” studiyasının bədii rəhbəri olub.