IBF Forumunun (International Business Forum) vitse-prezidenti Qazi Mısırlı və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.
KOBİA-dan YeniAvropa-ya bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə bu ilin noyabrında Bakıda keçiriləcək 25-ci İBF Forumuna hazırlıq işləri və tədbirin təşkilinə dair qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Görüşdə forumun Azərbaycan və Türkiyə arasında biznes əməkdaşlığının genişləndirilməsinə, eləcə də biznes nümayəndələrinin iştirakı ilə çoxtərəfli biznes platformasının formalaşdırılmasına töhfə verəcəyi vurğulanıb.