Qazaxıstan Azərbaycanla aviaəlaqəni bərpa edəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin iclasında müvafiq qərar qəbul edilib.
Qərarda Qazaxıstanın 16 ölkə ilə aviaəlaqənin bərpası və genişləndirilməsi öz əksini tapıb. Siyahıda Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Almaniya, Maldiv adaları, Cənubi Koreya, Polşa, Macarıstan, İtaliya, Çexiya, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı, Küveyt yer alıb.
Eyni zamanda Qazaxıstan hökuməti 30 ölkənin vətəndaşları üçün vizasız rejimin bərpası barədə qərar qəbul edib.