Sentyabrın 21-i saat 20:00-dan sentyabrın 22-si saat 08:00-dək Bakı şəhərinin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.