logo

Paytaxtda saxta "COVİD-19" pasportu satanlara cinayət işi açılıb

09:33 21-09-2021 | icon 1708
Paytaxtda saxta "COVİD-19" pasportu satanlara cinayət işi açılıb

Maştağa qəsəbəsində yerləşən 7 nömrəli Birləşmiş şəhər Xəstəxanasında COVID-19 əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Sabunçu rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, araşdırmalarla həmin xəstəxananın vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək bir neçə nəfərə vaksin vurulmadığı halda onların guya peyvənd edilmələri ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər aparmaqla həmin məlumatların elektron məlumat bazasına yerləşdirmələri müəyyən edildiyindən fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda həmin cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq hərəkətləri davam etdirilir.