logo

20 ildə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard dollar sərmayə qoyulub

19:49 20-09-2021 | icon 2555
20 ildə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard dollar sərmayə qoyulub

Böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın neft-qaz sektoru hər zaman xarici investisiyalar üçün cəlbedici olub.

YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Rusiyanın “Нефтегазовая вертикаль” jurnalına verdiyi müsahibəsində deyib.

Nazir qeyd edib ki, 2000-ci ildən 2020-ci ilə qədər olan dövrdə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard dollar sərmayə qoyulub ki, bunun da 79,5 faizi xarici investisiyalardır.