Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə Soçidə keçiriləcək görüşünə hazırlıq işlərinə başlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Həqiqətən, Türkiyə prezidenti Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfərinə hazırlıq gedir”, -deyə Kremlin sözçüsü vurğulayıb.
D.Peskov qeyd edib ki, tərəflər geniş əhatəli məsələləri müzakirə edəcəklər. “Prezidentlərin ikitərəfli münasibətlər barədə danışmağa həmişə sözləri var. Bu münasibətlər olduqca çoxplanlıdır. Əlbəttə, Suriya məsələsi də, digər regional münaqişələr də müzakirə olunacaq”,-deyə D.Peskov vurğulayıb.