logo

Putin ABŞ-ın təşəbbüsü ilə keçirilən sammitdə iştirakdan imtina edib

13:53 20-09-2021 | icon 3451
Putin ABŞ-ın təşəbbüsü ilə keçirilən sammitdə iştirakdan imtina edib

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizəyə dair keçiriləcək qlobal sammitə qatılmayacaq.

YeniAvropa “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, V.Putinin həmin zirvə görüşündə iştirak etməklə bağlı planı yoxdur: "Rusiyanın tədbirdə iştirakı diplomatik kanallarla müəyyən ediləcək".

Qeyd edək ki, sentyabrın 22-də ABŞ-ın sədrliyi ilə koronavirus pandemiyası ilə mübarizəyə dair qlobal sammit keçiriləcək.