Rusiya Federasiyası Çeçenistan Respublikasının hazırkı başçısı Ramzan Kadırov seçkilərdə qalib gəlib.
YeniAvropa Rusiya Seçki Komissiyasına istinadla xəbər verir ki, protokolların 100 faizinin hesablanmasından sonra Ramzan Kadırov səslərin 99,7 faizini toplayaraq yenidən respublika prezidenti seçilib.
Onun seçkilərdə rəqibləri olan İsa Hacımuradov 0,15 faiz, Xalid Nakayev isə 0,12 faiz səs toplayıblar.
Xatırladaq ki, Ramzan Kadırov 2011-ci ildən Çeçenistan Respublikasının prezidentidir. O, sayca üçüncü respublika prezidentidir.