İndiyədək “Azəri-Çıraq-Günəşli”dən 4 milyard barel neft hasil edilib
“Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının operatoru kimi BP AÇG layihəsindəki tərəfdaşları – “SOCAR”, “MOL”, “İNPEX”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “ITOCHU”, “ONGC Videsh Limited (OVL)” – adından bəyan edir ki, sentyabrın 18-də yataqdan 4 milyardıncı barel neft hasil edilib.
BP-dən YeniAvropa-ya bildirilib ki, ümumilikdə hasil edilmiş 4 milyard barel neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib. Bu vaxtadək BTC boru kəməri vasitəsilə təxminən 3,7 milyard barel neft nəql edilib ki, bu da əsasən 4847 tankerə yüklənmiş AÇG neftindən ibarət olub.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Bu nailiyyət AÇG-nin dünya səviyyəli yataq olduğunu bir daha nümayiş etdirir. Operator olaraq biz bu yatağın qarşıdan gələn onilliklər ərzində də davam edəcək möhtəşəm uğur hekayəsi ilə qürur duyuruq. AÇG yatağından hasilat 1997-ci il noyabrın 7-də Çıraq platformasından başlayıb. Həmin vaxtdan bəri Çıraq böyük bir tarix yazıb. İndi də 24 il sonra yeddi müasir və yüksək texnologiyalı platforma ilə birlikdə tarixi Çıraq AÇG-dən hasilatın təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etməsində böyük rol oynayır.
Bu gün Azərbaycan “Əsrin müqaviləsi”nin imzalanmasının 27-ci ildönümünü qeyd edir. Bu, ölkənin yeni tarixində “Neftçilər Günü” kimi qeyd olunan əlamətdar bir gündür. 4 milyardıncı barel neftin hasil olunması isə AÇG-nin bu günə möhtəşəm hədiyyəsidir. Hasilatda bu cür böyük nailiyyət əldə etməklə, ölkə və öz səhmdarları üçün nəhəng gəlirlər gətirməklə, yerli icmalarda çoxsaylı davamlı inkişaf imkanları yaratmaqla AÇG, həmçinin Xəzər regionunu aparıcı enerji hasilatı sahələrindən və dünyanın texnoloji cəhətdən ən qabaqcıl neft-qaz işlənmə regionlarından birinə çevirib. Operator kimi biz hökumət, SOCAR və digər tərəfdaşlarla sıx işləmək öhdəliyimizə sadiqik və növbəti otuz ildə də AÇG-nin ölkəyə möhtəşəm töhfələr verməsini təmin etməyə davam edəcəyik”.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb