Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, rayonun Yuxarı Ləki kəndi ərazisində ümumi çəkisi 880 kiloqram olan 430 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.