Bu gün Yerevanda Ermənistanın dövlət müstəqilliyinin otuzuncu ildönümü münasibətilə tədbir keçirilib.
YeniAvropa "RİA Novosti"yə istinadən xəbər verir ki, hakimiyyətin bayram tədbirlərinə etiraz edənlər paralel olaraq mitinq təşkil ediblər. Az keçməmiş hadisə yerinə polislər gəlib.
Mitinq polis tərəfindən dağıdılıb. Bu zaman etirazçılarla polis arasında toqquşma baş verib.
Etirazlarda iştirak edən 20-dən çox insan saxlanılıb.