Lənkəranda narkotacir qardaşlar saxlanılıb
Lənkəran şəhər rayon Polis Şöbəsinin(ŞRPŞ) əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 13 nəfər rayon sakini saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.Qeyd edilib ki, onlardan ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Quliyev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evin həyətində əkərək kultivasiya yolu ilə yetişdirdiyi, yaş halda çəkisi 44 kiloqramdan artıq olan 170 ədəd narkotik xassəli çətənə kolları, həyətdəki yardımçı tikilidə gizlətdiyi bir ədəd bağlamada isə 4 kiloqram 685 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Şöbənin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qardaşlar saxlanılıb. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılan Lənkəran şəhər sakinləri Rustam Rəhmənov və qardaşı Elşən Rəhmənovun üzərindən ümumilikdə 2 kiloqramdan artıq heroin, 500 qrama yaxın metamfetamin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər rayon sakini – Taleh Əmrahov, Elvin Xəlilov, Emin Rzayev, Nəsib Mirverdiyev, Artur İbrahimov, Şöhrətdin Babayev, Polad Cavadov, Vüqar Əliyev, Etibar Əliyev və Mərdan Xuriyev salanılıblar. Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin, həmçinin elekron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır