logo

Məhkəmə Köçəryana Moskvaya getməyə icazə vermədi

19:20 17-09-2021 | icon 3332
Məhkəmə Köçəryana Moskvaya getməyə icazə vermədi

Yerevan şəhər məhkəməsi Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryanın Moskvaya getməsinə icazə verməyib.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

Bu səbəbdən də "Ermənistan" blokunun liderinin sentyabrın 19-da planlaşdırılan səffəri təxirə salınıb. 

" Pobert Köçəryanın Moskva səfəri hələ bir həftə qabaqcadan planlaşdırılmışdı. Səfər Rusiyanın hakim "Vahid Rusiya" partiyasının dəvəti əsasında baş tutacaqdı. Səfər çərçivəsində partiyalararası əməkdaşlıq məsələlərinin müzakirəsi, eləcə də R.Köçəryanın Rusiya prezidenti V.Putinlə də görüşü  planlaşdırılırdı.

Lakin biz bir daha ölkədə siyasi partiyaların sıxışdırlımasının və məhkəmələrin siyasi sifarişlə hərəkət etdiklərinin şahidi olduq",-deyə "Ermənistan" blokunun yaydığı məlumatda bildirilib.