Gürcüstan baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilini "narkoman" adlandırıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, o bu açıqlamanı Saakaşvilini 2 oktyabr seçkiləri öncəsi ölkəyə qayıdacağı ilə bağlı anonsuna münasibət bildirərkən deyib.
"O, aktiv şəkildə narkotik vasitələr qəbul edir. Qəbul etdiyi dozadan asılı olaraq, onun tonu qalxa, yaxud düşə bilər",- deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, ölkə müxalifəti isə Mixail Saakaşvilinin seçki öncəsi ölkəyə qayıdışını təmin etməyə çalışır.