logo

Azərbaycanlı iş adamları BƏƏ-də “Masdar City” texnologiyalar mərkəzinə qoşulmağa dəvət edilir

19:20 16-09-2021 | icon 3395
Azərbaycanlı iş adamları BƏƏ-də “Masdar City” texnologiyalar mərkəzinə qoşulmağa dəvət edilir

Azərbaycanlı iş adamları Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Masdar City” innovativ davamlı texnologiyalar mərkəzinə qoşulmağa dəvət edilir.

YeniAvropa xəbər verir ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, Kreativ İqtisadiyyat getdikcə iqtisadi artım, iqtisadiyyatın şaxələndirilməsi və məşğulluğun əsas aparıcı qüvvəsinə çevrilir. BƏƏ-də Kreativ İqtisadiyyat hökumətin siyasəti, proqramları, maliyyələşdirməsi, iqtisadi çərçivələri, siyasi və iqtisadi sabitliyin təmin edilməsi, tolerant cəmiyyət (istedad cəlb edir), dünya səviyyəli infrastruktur, biznes qurmağın asanlığı (azad ticarət zonaları), təhsil və coğrafi mövqe sayəsində uğur qazanıb. Kreativ İqtisadiyyat iqtisadiyyatı şaxələndirir, iş yerləri yaradır, gənclərin və qadınların hüquqlarını genişləndirir, ölkəyə investisiyaları cəlb edir, biznesin asanlaşdırılmasını təşviq edir, beynəlxalq əməkdaşlığı dəstəkləyir, milli kimliyi zənginləşdirir, müxtəlifliyi dəstəkləyir, kreativ turizmi genişləndirir.

Beləliklə, “Masdar City” Azad Zonası Birləşmiş Ərəb Əmirlikləri hökumətinin Abu-Dabidəki bizneslərin artan ambisiyalarını daha da dəstəkləmək və asanlaşdırmaq üçün atdığı addımlara uyğun olaraq yeni rəqabətqabiliyyətli biznes paketi seçimlərini təqdim edib.

Yeni biznes lisenziyaları indi yalnız 1000 AED (1 BƏƏ dirhəmi AED = 0.4628 AZN) ilə başlayır, yeni və mövcud icarəyə götürən şirkətlərə bizneslərinin xüsusi tələblərinə uyğunlaşma seçimləri ilə elastiklik təklif olunur. Azad Zona qadın sahibkarlar üçün eksklüziv biznes paketi də təqdim edir.

“Masdar City” sürətlə böyüyən təmiz texnoloji klasterə, biznes azad zonasına, restoran, mağaza və ictimai yaşıllıq məkanları olan yaşayış məhəlləsinə ev sahibliyi edən icmadır. Bu azad zonada startaplar və KOB-lar var. Şəhərin kirayəçiləri sırasına Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) (baş ofis), “Schneider Electric”, “Siemens” (Yaxın Şərq ofisi), “Emirates” Nüvə Enerji Korporasiyası, “Saint-Gobain”, Mohamed bin Zayed Süni İntellekt Universiteti və bir çox şirkətlər daxildir.

Azərbaycanlı iş adamları bu fürsətdən istifadə edərək Abu-Dabidə öz bizneslərini qurmağa və bölgənin “Masdar City innovativ davamlı texnologiyalar mərkəzinə qoşulmağa dəvət edilir. Təfsilatı ilə məlumatı “https://masdarcity.ae/” saytından əldə etmək mümkündür.

0-1