logo

Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı mini ötüb

18:16 16-09-2021 | icon 2716
Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı mini ötüb

İpoteka və Kredit Zəmanət Fondu dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini açıqlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Fonddan bildirilib. Qeyd edilib ki, indiyədək kirayəçilərin istifadəsinə 1002 yaşayış sahəsi verilib.

Həmçinin, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 35 min 576 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 910 milyon 682 min 987 manat təşkil edib.