logo

Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 11,1 milyard m3 qaz nərl edilib

17:57 16-09-2021 | icon 2835
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 11,1 milyard m3 qaz nərl edilib

Yanvar-avqust aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 22 milyard 634,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 14,1 faiz artım müşahidə olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, 8 ayda qaz nəqlinin 49,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 11 milyard 194,4 milyon kubmetr təbii qaz ixrac edilib.