Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
YeniAvropa xəbər verir ki, bu gün dindiriləcək şahidlərdən biri ölkə xaricində olduğundan, digər üç nəfər isə səhhətləri ilə əlaqədar olaraq məhkəmə prosesinə gəlməyiblər. Bu səbəbdən də proses sentyabrın 30 -dək təxirə salınıb.
Xatırladaq ki, Zakir Sultanov tarixi abidələrin və mədəniyyət nümunələrinin, obyektlərinin təmiri, bərpası üçün dövlət büdcəsindən ayrılan pulların bir qismini “otkat” qismində mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, korrupsiya əməlləri nəticəsində dövlətə vurduğu zərərin demək olar hamısını - 5 milyon manata yaxın vəsaiti (4 milyon manat nəğd, qalanı mal-mülk qismində) ödəyib.