Auditorlar Palatasının 25 illik yubileyini beynəlxalq konfransla qeyd edib
Sentyabrın 16-da Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda 12 ölkənin (Azərbaycan, Avstriya, Belçika, Türkiyə, Özbəkistan, Rusiya Federasiyası, Latviya, Polşa, Gürcüstan, Ukrayna, Makedoniya, Çernoqoriya) müvafiq audit və mühasibatlıq qurumlarını, beynəlxalq peşəkar təşkilatları, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, ali təhsil və elmi-tədqiqat institutlarını təmsil edən 30-dan çox qurumdan 60-a yaxın çox nümayəndə iştirak edib.
YeniAvropa xəbər verir ki, Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbiri qurumun sədri, professor Vahid Novruzov palatanın 25 il ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, ölkəmizdə auditin inkişafından, perspektivlərindən və qarşıda duran vəzifələrdən söz açıb.
Diqqətə çatdırılıb ki, kölgə iqtisadiyyatına və korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin genişləndirilməsi, şəffaflığın artırılması istiqamətində son illər həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edir və konkret əməli-praktiki addımlarla və nəzərə çarpacaq nəticələrlə müşayiət olunur. Cari ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozun 124,4 faiz yerinə yetirilməsi, o cümlədən qeyri-neft-qaz sektoru üzrə da proqnozdan əlavə büdcəyə 500 milyon manatın ödənilməsi, gömrük rüsumlarının həcminin artması iqtisadiyyatda əhəmiyyətli şəffaflaşma proseslərinin baş verdiyini, iqtisadiyyatın “kölgə”dən çıxarılmasını təsdiq edir. Şəffaflıq sahəsində əldə edilmiş uğurlardan danışarkən Azərbaycan Dövlət Neft Fondunun dünyanın 64 ən şəffaf müstəqil fondları arasında 5-ci yeri tutması da xüsusi qeyd olunmalıdır.
“Ticarət obyektlərində yeni nəsil kassa aparatlarının quraşdırılması ticarətdə dövriyyələrin leqallaşdırılmasına müsbət təsir göstərib, 2020-ci ilin 6 ayı ilə müqayisədə bu ilin 6 ayında onlayn kassa üzrə dövriyyə 2,1 dəfə artıb. Ölkəmizdə təsərrüfat subyektlərinin məcburi auditdən keçmə səviyyəsi son 5 ildə 3,2 faizdən 48,7 faizə kimi yüksəlib. Göründüyü kimi, kölgə iqtisadiyyatının miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması sahəsində atılan addımlar öz müsbət nəticələrini verməkdədir. İndi mühüm olan bu yolu davam etdirmək və şəffaflığın daha da yüksəldilməsinə yönəlik təxirəsalınmaz tədbirlər həyata keçirilməkdir. Bu sahədə Azərbaycan Prezidentinin fikirləri öz müdrikliyi ilə diqqəti cəlb edir. Konkret olaraq, Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də nəzərdə tutulduğu kimi dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi artırılmalıdır. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır. Bu məqsədlə daha konkret sistemli təkliflərin işlənib hazırlanması “şəffaflıq” anlayışının strukturuna nəzər salmağı vacib edir”, - deyə V.Novruzov vurğulayıb.
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatının azaldılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsi Azərbaycanda dayanıqlı və inklüziv iqtisadiyyatın inkişafı üçün zəmin yaradır. Belə şəraitdə sosial-iqtisadi islahatların mühüm amillərindən biri olan şəffaflığın artırılması istiqamətində müstəqil audit də özünəməxsus rol oynamaqdadır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, hesabatlarında uyğunsuzluq aşkar edilən vergiödəyicilərinin mütləq əksəriyyəti mikro və kiçik sahibkarlardır. KOBİA və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində aparılan təhlillər göstərir ki, vergi ödəyiciləri, xüsusilə də xidmət və ticarət sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarların gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğun aparılmaması, bəyannamələrin düzgün tərtib edilməməsi və sair nəticəsində kameral qaydada vergilər hesablanır və bu vergi ödəyicilərinin narazılığına səbəb olur. Bu, həmin kateqoriyadan olan sahibkarların müvafiq sahədə bilik və bacarıqlarının istənilən səviyyədə olmadığını göstərir. Bu hal KOB subyektlərinin hesabat prosesinə professional mühasiblərin və auditorların cəlb etmək imkanlarının olmaması və hesabatları özləri tərəfindən təqdim etmək istəyindən qaynaqlanır. Belə halda sahibkarlara dəstək göstərilməli, eyni zamanda, uçot və hesabat formaları daha da sadələşdirilməlidir.
O.Məmmədov qeyd edib ki, ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən və KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən vergi inzibatçılığı, həmçinin maliyyə və qeyri-maliyyə, vergi hesabatlarının hazırlanması, uçot qaydaları istiqamətində mütəmadi olaraq təlim və məsləhət xidmətləri göstərilir. 2021-ci ilin ötən dövründə KOB inkişaf mərkəzləri tərəfindən qeyd olunan mövzularda 800-ə yaxın biznesə başlamaq istəyən şəxsin və sahibkarın faydalandığı 40-a yaxın təlim təşkil olunub. O da bildirilib ki, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən vergi inzibatçılığı, vergi hesabatların hazırlanması və digər aidiyyəti sahələrdə yol verilən nöqsanların aradan qaldırılması üçün KOBİA və Dövlət Vergi Xidməti birgə layihəyə start verib. Layihə çərçivəsində nöqsanların müşahidə olunduğu fəaliyyət istiqamətləri üzrə sahibkarlar təsnifatlaşdırılaraq KOB inkişaf mərkəzlərinin təlimlərinə cəlb olunacaq. Həmçinin Agentlik KOB subyektləri üçün uçot və hesabatlığın daha da sadələşdirilməsinə dair təkliflərin hazırlanması istiqamətində aidiyyəti qurumlarla birgə əməkdaşlığa və koordinasiyalı işlərin həyata keçirilməsinə hazırdır.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov diqqətə çatdırıb ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra müasir və günün tələblərinə cavab verən iqtisadi inkişaf modelinin formalaşdırılması və gücləndirilməsi istiqamətində davamlı işlər görülüb, müvafiq dövlət proqramları qəbul edilib, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində konseptual yanaşmalar formalaşdırılıb, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində şəffaflığın təmin olunması üçün audit institutunun inkişaf etdirilməsinə böyük önəm verilib, ölkədə auditor fəaliyyətinin qanunvericilik bazası gücləndirilərək, auditorların qərəzsiz və müstəqil fəaliyyəti üçün tələb olunan infrastruktur və maddi texniki baza yaradılıb. Belə ki, korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının icra müddəti ərzində ölkədə əhəmiyyətli qanunlar qəbul edilərək, Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı qəbul edilmiş bütün beynəlxalq sənədlərə qoşulub. Dövlət Proqramı üzrə antikorrupsiya tədbirlərində Auditorlar Palatasının da fəal iştirak etməsi, palata tərəfindən “Korrupsiyaya qarşı mübarizə məqsədilə dövlət sektorunda və özəl sektorda daxili audit xidmətinin yaradılması üzrə proqram” işlənib hazırlanması təqdirəlayiq haldır.
Nazim Rəcəbov deyib: “Artıq yaradılmasının 25 ilini geridə qoyan Auditorlar Palatası bu illər ərzində Azərbaycanda auditin formalaşdırılması, tənzimlənməsi, inkişafı və təkmilləşdirilməsi, müəssisələrin və auditorların maraqlarının qorunması istiqamətində çox faydalı işlər görüb. Lakin günün tələbləri baxımından Azərbaycanın iqtisadiyyatı gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha da geniş istifadə etmək zərurəti yaranıb. Həmçinin korrupsiyaya qarşı mübarizə vasitəsi olan preventiv-profilaktik tədbirlərin həyata keçirilməsində, xüsusilə də korrupsiyaya şərait yaradan halların müəyyən edilməsində, aradan qaldırılmasında və qarşının alınmasında audit yoxlamasının nəticəsi müstəsna əhəmiyyətə malikdir. Belə ki, audit yoxlaması ilə hər hansı dövlət qurumunda pozuntu baş verdiyi aşkarlandıqdan sonra, dərhal aidiyyəti qurumlara pozuntunun başvermə mexanizmi barədə məlumat verilməklə, gələcəkdə bu cür pozuntuların qarşısının alınması üçün tədbirlərin görülməsi bildirilir”.
Baş İdarənin rəisi bildirib ki, eyni zamanda, istər korrupsiyaya, istərsə də cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasına qarşı mübarizədə maliyyə hesabatlarının doğru tərtib edilməsi və onun obyektiv qiymətləndirilməsi, qanunsuz və şübhəli əməliyyatların aşkarlanması üçün çevik nəzarətin təmin edilməsi, düzgün audit nəzarətinin aparılması ilə şəffaflıq təmin edilir. Təsadüfi deyildir ki, ölkəmizdə son dövrlər korrupsiyaya qarşı mübarizəyə dair proqram xarakterli sənədlərdə audit institutuna geniş yer verilib və bu sahədə mövcud qanunvericilik bazası daha da təkmilləşdirilib. Sevindirici haldır ki, bu gün prokurorluq və digər hüquq-mühafizə orqanları ilə yanaşı, Auditorlar Palatasının da dövlət siyasətinin başlıca strateji hədəflərindən olan korrupsiyaya qarşı mübarizə siyasətinin icrasında xüsusi rolu var.
Onun sözlərinə görə, korrupsiya və iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin görülməsi üçün risklərin müəyyənləşdirilməsi istiqamətində Auditorlar Palatası ilə Baş İdarə arasında münasibətlər daha da inkişaf etdirilməlidir. Belə əməkdaşlıq cinayətlərin baş verməsinə şərait yaradan halların ortaya çıxarılaraq qarşısının alınmasında, konkret sahələr üzrə təhdidlər və zəifliklər müəyyən edilərək islahatların aparılmasında, qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasında effektiv vasitə ola bilər. Auditorlar Palatası ilə qarşılıqlı ikitərəfli əlaqələr bundan sonra da davamlı şəkildə inkişaf edəcək və korrupsiyaya qarşı mübarizə işinə layiqli töhfə verəcək.
Sonra Auditorlar Palatasının yubileyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin 2021-ci il 15 aprel tarixli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamı ilə təltif edilmiş Palatanın 11 nəfər əməkdaşına və üzvünə medallar təqdim edilib.
Çıxış edən xarici qonaqlar son dövrlərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, yenidənqurma və quruculuq işlərindən, eyni zamanda, audit və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıblar.
Konfransda “Şəffaflıq strategiyası və kölgə iqtisadiyyatı ilə mübarizə: Dövlət Vergi Xidmətinin əldə etdiyi nəticələr”, “Koronavirus pandemiyasının kölgə iqtisadiyyatının həcminə təsirlərinin təhlili barədə”, “Böyük qayıdış dönəmində şəffaflıq”, “EFFAA Böhran şəraitində kiçik və orta auditor təşkilatlarını dəstəkləyir və onları gələcəyə hazırlayır”, “Rusiyada auditin inkişafında peşəkar cəmiyyətin rolu barədə”, “Rəqəmsallaşmaya sürətli keçid” və sair mövzularda məruzələr dinlənilib.
Sonda beynəlxalq konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb