logo

Nur-Sultanda XVII Avrasiya Media Forumu keçirilir

20:55 15-09-2021 | icon 1960
Nur-Sultanda XVII Avrasiya Media Forumu keçirilir

Sentyabrın 15-də Qazaxıstanın paytaxtı Nur-Sultanda “2021: Dünya yeni mənalar axtarışında” mövzusunda XVII Avrasiya Media Forumu başlayıb.

YeniAvropa xəbər verir ki, onlayn formatda keçirilən forum dünya və yerli mətbuat nümayəndələrini, beynəlxalq ekspertləri, siyasətçiləri, elm adamlarını, ictimai və mədəniyyət xadimlərini bir araya gətirib.

Bu il forumda Azərbaycanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun baş məsləhətçisi Kamran Həsənov, Rəqəmsal media ilə iş sektorunun baş məsləhətçisi Orxan Səttərov təmsil edirlər.

Birillik fasilədən sonra keçirilən Avrasiya Media Forumun proqramının ilk günü dünyanın aparıcı mütəxəssislərinin praktiki ustad dərslərinə həsr olunub.

Tədbir çərçivəsində “Türkdilli ölkələrin kütləvi informasiya vasitələri. Yeni reallıqda əməkdaşlığın inkişafı” adlı dəyirmi masa təşkil edilib.