“Azercell” rekord bal toplayan abituriyentlərimizi təbrik edib
Bilik Günü ərəfəsində ölkənin lider mobil operatoru “Azercell Telekom” bu dəfə yenicə tələbə adını qazanmış gənclərimizə yönəlik daha bir sosial təşəbbüslə çıxış edir.
YeniAvropa xəbər verir ki, belə ki, şirkət 2021-ci il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanları zamanı ən yüksək bal toplayan 27 abituriyent və Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin 16 nəfər ali məktəblərə yollanan övladına onların tədris həyatında əsl yardımçıya çevriləcək hədiyyələr təqdim edib.
Dövlət İmtahan Mərkəzi və “Zəfər” İctimai Birliyinin test imtahanlarının nəticələri üzrə təqdim edilmiş siyahıları əsasında seçilən 43 nəfər abituriyent “Azercell”dən 12 ay müddətində aktiv olacaq “GencOl 6” tarifinə qoşulmaq imkanı qazanıb. Xatırladaq ki, “GəncOl 6” tarixi çərçivəsində tələbə-abunəçi aylıq 3GB mobil internet, 300 tarifdaxili dəqiqə, “Azercell”in tətbiqlərindən istifadə etmək üçün 3GB və vatsap proqramında pulsuz yazışma imkanı qazanır.
Bundan əlavə, respublika üzrə ən yüksək bal yığmış yeddi abituriyent və dörd şəhid övladına şirkətdən hədiyyə olaraq “64GB Samsung Galaxy” planşeti təqdim edilib. Müxtəlif informasiya resurslarına rahat və operativ çıxış imkanının vacib olduğu bir dövrdə həmin hədiyyələr tələbələrin əlavə bilgilərlə bağlı ehtiyaclarını qarşılamaqda yardımçı olacaq.
Qeyd edək ki, “Azercell Telekom” hər il məktəbli və tələbələr üçün zəngin məlumat mənbəyi olan müxtəlif rəqəmsal xidmətlərdən yararlanmaq məqsədilə yeni imkanlar təşkil edir, istedadlı tələbələrə təqaüd və təcrübə proqramları həyata keçirir.
44 günlük Vətən müharibəsi zamanı canlarından keçən igid şəhidlərimizin ailə üzvləri üçün şirkət tərəfindən müxtəlif sosial təşəbbüslər, peşəkar inkişaf və dil bilgilərinin artırılmasına yönəlik onlayn təlimlər keçirilməsinə dəstək verilir. Yüksək əzmkarlıqla qəbul imtahanlarına hazırlaşaraq ali məktəblərə qəbul olan istedadlı gənclərimizlə qürur duyuruq.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb