Sentyabrın 16-sı axşamdan sentyabrın 17-si günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20, gecə və səhər arabir 23-28 metrədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, sentyabrın 17-si səhərdən 18-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Sentyabrın 16-sı axşam və sentyabrın 17-də qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.