Ötən gün koronavirusdan vəfat edən əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
YeniAvropa xəbər verir ki, mərhum xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılıb.
Dəfn mərasimində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və digər mədəniyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, koronavirusayoluxan Yaqub Zurufçu bir müddət əvvəl "Yeni klinika"ya yerləşdirilmişdi. Onun müalicəsinə xarici mütəxəssislər cəlb edilmişdi. Lakin sənətçinin həyatını xilas etmək mümkün olmayıb. O, ötən gün xəstəxanada vəfat edib