Böyük Britaniyanın baş naziri Boris Consonun anası, rəssam Şarlott Conson-Uol 79 yaşında vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayəb.
Qadının ölüm səbəbi barədə məlumat verilməyib. Qeyd olunub ki, Şarlott Parkinson xəstəliyindən əziyyət çəkirmiş.