İlisuda qida yarmarkası keçirilib
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilən “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində növbəti yerli qida sərgi-yarmarkası sentyabrın 12-də Qax rayonunun səfalı guşələrindən olan İlisu kəndində təşkil olunub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, layihənin məqsədi kiçik kənd təsərrüfatı sahibkarlığını dəstəkləyən səmərəli və inklüziv aqro-ərzaq sistemlərini inkişaf etdirməkdir. Layihə bu bölgə üzrə geniş istehsal dairəsi olan fındıq əzməsi, xurma qurusu və bəkməz, bal, qoz mürəbbəsi, qaxac ət məhsullarının istehsalını dəstəkləməklə dəyər zənciri formalaşdırır.
Qaxın məşhur istirahət mərkəzlərindən olan “Səngər Qala” otelinin həyətində təşkil olunan sərgi-yarmarkada layihədən yararlanan 19 istehsal qrupunun 100-dən çox adda məhsulu nümayiş edilib, eyni zamanda, satışı təşkil olunub. Yarmarkada təqdim olunan bu bölgəyə xas müxtəlif şirniyyatlar, fındıqdan hazırlanan məhsullar, qaxac ət və quru dolma, meyvə quruları, turşular, mürəbbələr, bəkməz, bal və arıçılıq məhsulları, digər ləziz təamlar öz keyfiyyəti və çeşidi ilə iştirakçıların marağına səbəb olub.
Qeyd edək ki, layihə çərçivəsində növbəti qida yarmarkalarının sentyabrın 18-19-da Zaqatala və Balakən rayonlarında təşkil edilməsi nəzərdə tutulur.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb