Allahşükür Paşazadə “G20 VIII Dinlərarası Forum”da iştirak etmək üçün İtalyada səfərdədir
İtaliyanın "G20"yə sədrliyi çərçivəsində Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”da iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Yuta ştatında yerləşən İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin (Mormon kilsəsi) 12 Həvarinin Kvorumunun üzvü Ronald Raşband və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə QMİ-dən bildirilib.
Tərəflər arasında əlaqələrin inkişafının müzakirə olunduğu görüşdə QMİ sədri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının önəmini vurğulayaraq, bu istiqamətdə Mormon kilsəsini dəstək verməyə çağırıb.
Şeyxülislam A.Paşazadə Azərbaycanın 30 il ərzində erməni işğalında qalmış torpaqlarını prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqımızın yenilməz iradəsi ilə azad etdiyini, Ermənistanın həmin ərazilərdə misli görülməyən vəhşilik və vandalizm aktları törətdiyini bildirib. Ermənistanın, xüsusilə erməni kilsəsinin münaqişəni həmişə dini zəminə çəkməyə çalışdığını, bununla da xristian dünyasının dəstəyini əldə etmək istədiyini bildirən şeyxülislam dünya ictimaiyyətinin bu əsassız cəhdlərə inanmadığını, münaqişənin dini zəmində olmadığının şahidinə çevrildiyini vurğulayıb.
Azərbaycanın tolerant və multikultural dəyərlərə sadiq ölkə qaldığını qeyd edən QMİ sədri prezident İlham Əliyevin erməni işğalçılarının vandalizminə məruz qalan, mənsubiyyətindən asılı olmayaraq, bütün məbədlərin təmir və bərpa ediləcəyinə dair verdiyi bəyanatların buna ən parlaq sübut olduğunu vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə azad olunmuş torpaqlardakı erməni vandalizminin izlərinin və Azərbaycan tərəfindən aparılan bərpa işlərinin şəxsən şahidi olmaq üçün R.Raşbandı ölkəmizə səfərə dəvət edib.
Birləşmiş Ştatların nümayəndə heyətinin üzvləri öz növbələrində Azərbaycan həqiqətləri barədə məlumatlı olduqlarını, ölkəmizin dünyadakı mövqeyini dəstəklədiklərini bildiriblər.
Görüşdə qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsi üçün bu cür dialoq platformalarının əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov və Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev iştirak ediblər.
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür