Məhkəmə hakimin yarım milyonluq dələduzluğu
Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən sabiq məhkəmə hakimi Lətif Nəbiyevin cinayət işi ilə bağlı bəzi detallar bəlli olub.
YeniAvropa xəbər verir ki, keçmiş hakim həm torpaq alqı-satqısında, həm də şərikli iş görmək adı ilə iki nəfərə qarşı 307 min dollardan çox dələduzluq edib.
İstintaqla müəyyən edilib ki, o, zərərçəkmiş Azad İbrahimovdan 247 400 dollar alıb. L.Nəbiyev Türkiyədə yaşayan qohumu A.İbrahimovdan əvvəlcə 13 400 dollar alaraq ona sərfəli qiymətə torpaq sahəsi alacağına dair vəd verib. Bir müddət sonra Azadı Xətai rayonuna apararaq orada 7 sot boş ərazini göstərib, həmin torpaq sahəsini Azad üçün aldığını deyib. Onun etibarını qazandıqdan sonra L.Nəbiyev Bakının gözəl sanatoriya yerlərindən birində, dəniz kənarında 120 sot torpaq sahəsi tapdığını, həmin torpağın dəyərinin əslində 500 min dollar olduğunu, lakin hakimlik nüfuzundan istifadə edərək torpağı 240 min dollara ala biləcəyini deyib. Azad isə Lətifin sözlərinə inanaraq, ona 234 min dollar verib. Lətif Azadı inandırıb ki, dəniz kənarındakı həmin ərazidə istirahət mərkəzi tikərək böyük biznes qura bilər. Azad torpağın sənədini istəyəndə Lətif Nəbiyev ona iki fərqli adamın adına ümumilikdə 100 sot olmaqla Pirşağı bələdiyyəsindən verilmiş 10 illik icarə müqaviləsi verib.
Sabiq hakim qohumuna deyib ki, Azərbaycandakı qayda-qanuna əsasən, Azad Türkiyədə yaşadığı üçün sənədləşmə birbaşa onun adına aparıla bilmir. Ona görə də torpağı başqalarının adına alıb və daha sonra Azadın adına çıxarış alınacaq. Lakin Azad məsələdən şübhələndiyi üçün Pirşağı bələdiyyəsinə gedərək əlindəki sənədləri göstərib. Orada məlum olub ki, həmin sənəd sadəcə 10 illik icarə müqaviləsidir və icarə müddəti bitəndən sonra ərazi dövlətin balansına keçəcək. Bundan sonra keçmiş hakim zənglərə cavab verməyib və aldığı pulları geri qaytarmayıb.
Digər zərərçəkmiş Rüstəm Abdullayev isə Lətif Nəbiyevə şərikli iş görmək adı ilə ona 59 700 dollar verib. Lətif Rüstəmə Ucar və Kürdəmirdə qaz, İsmayıllıda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı iş gördüyünü və yaxşı qazanc olduğunu deyib. Sərmayə yatırdığı halda onun xeyir götürəcəyi vədini verib. Lakin vəd olunan qazanc Rüstəmə ödənilməyib. L.Nəbiyev ifadəsində Azada heç bir borcu olmadığını, Rüstəmdən aldığı məbləğin isə bir hissəsini geri qaytardığını deyib. Keçmiş hakim bildirib ki, o, Azaddan aldığı 234 min dolları Azadın qardaşı Abbasa verib. Abbas isə həmin pulu torpağı satan Pirşağı məscidinin axundu Əliyulla Məmmədova verib. Daha sonra Abbas vəfat edib.
İstintaq zamanı dindirilən axund Ə.Məmmədov bildirib ki, qeyd edilən ərazinin qonşuluğunda onun öz həyətyanı ərazisi var. Lətif Nəbiyevin dediyi 120 sotluq ərazi ona məxsus deyil. Hətta dələduzluğu üzə çıxandan sonra Lətif axundun yanına gələrək “bu günlərdə səni “Bandotdel”ə ifadə vermək üçün dəvət edəcəklər, sən həmin idarədə olarkən ifadə verərsən ki, guya torpaq sahəsini mənə sən satmısan. Heç olmazsa ifadə ver ki, guya torpaq sahəsini Abbasa satmısan, onsuz da Abbas ölüb, heç kim bunu müəyyən edə bilməyəcək. Azad da heç nə edə bilməyəcək, məsələ də bağlanıb gedəcək” deyib. Lakin axund bunu qəbul etməyib.
Qeyd edək ki, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq yekunlaşıb. Lətif Nəbiyev CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı rayon Məhkəməsinin hakimi olub. 24 aprel 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır