Alqış Musayev (Həsənoğlu) yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olunub.
YeniAvropa xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Bundan əvvəl “Yeni Azərbaycan” qəzetinin baş redaktoru deputat Hikmət Məmmədov idi.
Qeyd edək ki, A. Həsənoğlu əvvəllər də uzun müddət qəzetin baş redaktoru olub.