İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub
On bir ildən artıq müddətdə təmənnasız olaraq uşaqlara psixoloji və sosial yardım göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” yay aylarında da fəaliyyətini davam etdirib. “Azercell Telekom” MMC, UNICEF Azərbaycan və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşəbbüsü sayəsində fəaliyyət göstərən xidmətin əməkdaşları uşaqların hüquqlarının təminatı, sağlamlığının qorunması, asudə vaxtının səmərəli təşkili və digər məsələlərlə bağlı müraciət edənlərə dəstək olublar.
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə iyul-avqust ayları ərzində 767 zəng daxil olub ki, bunların 454-ü ilkin, 313-ü isə təkrar müraciətlərdir. Müraciət edənlərin əksəriyyəti təhsil (203 zəng) və hüquqi (197 müraciət) məsələlərə aid yardım istəyiblər. 115 nəfərin psixoloji problemlərlə bağlı köməyə ehtiyacı olub. Bundan əlavə, xidmət əməkdaşlarına səhiyyə (75 nəfər), sosial (73 nəfər) və digər (104 nəfər) sahələrə dair də suallar ünvanlanıb.
Son 2 ay ərzində qaynar xəttə daxil olan zənglər əsnasında 268 nəfər yaşının 18-dən az olduğunu bildirib. Onlardan 167-si qızlar, 101-i oğlanlar tərəfindən daxil olub. Amma ümumilikdə müraciət edənlərin əksəriyyəti (477 nəfər) böyüklər olub. Qeyd edək ki, daxil olan zənglərin 22-si anonim olub. Qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar 11 ailə ilə görüş təşkil edilib, fərdi və qrup şəklində 33 sosial-psixoloji reabilitasiya işi aparılıb. Qaldırılan problemlərin həllinə nail olmaq üçün aidiyyəti orqanlara 56 məktub ünvanlanıb.
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edənlər müxtəlif vasitələrdən istifadə ediblər. Daha çox xidmətin mobil nömrəsinə zənglər daxil olub. İki ay ərzində Xidmət ilə əlaqə saxlayanların 424-ü mobil nömrəyə, 248-i şəhər telefonuna zəng edib. Digərləri isə sosial platforma üzərindən müraciət ünvanlayıblar. Bu aylar ərzində Xidmət əməkdaşları müxtəlif mövzulara həsr edilmiş beynəlxalq təlimlərə qatılıblar, media orqanlarında müsahibələrlə çıxış ediblər. Eyni zamanda, xidmətin sosial şəbəkə hesablarında uşaqlara qarşı zorakılıq, insan alverinə qarşı mübarizə kimi mövzularda onlayn müzakirələr təşkil olunub. Uşaq və Ailələrə Dəstək Mərkəzində pedaqoq, psixoloq və sosial işçilərin, eləcə də ailələrin iştirakı ilə görüş keçirilib. Xidmət əməkdaşları uşaq tərbiyə müəssisəsində yaşayan yeniyetmələr üçün təlim-tədris kurslarında da iştirak ediblər. “Azərbaycan Qaynar Xətt Xidməti”nin fəaliyyəti sosial şəbəkələr üzərindən cəmiyyətə çatdırılıb.
Xatırladaq ki, 2017-ci ildə “Azercell” şirkətinin təşəbbüsü və dəstəyi ilə “Uşaq Qaynar Xətt Xidməti”nin iOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə 24 saat xidmət göstərən “116111” qısa nömrəsi, (+994 50) 680-22-80, (+994 51) 580-22-80, (+994 51) 880-11-80, (+994 51) 880-22-80 mobil nömrələri, elektron poçt, feysbuk və instaqram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır