Baş Prokurorluq:"Mahir Xəttab Ramiz Göyüşovdan pul alarkən yaxalanıb"
“Azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun(Xəttab) qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Mahir Ələkbərov sentyabrın 8-də “azadinfo.az” xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib. O, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları videoçarx formasında “azadinfo.az” xəbər portalında sentyabrın 8-də qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.
Qeyd edilənlərlə bağlı sentyabrın 9-da Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub. O, sentyabrın 10-da həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edərək, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə etik normalara riayət edilməsini və bu kimi sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğunu bildirir.
Habelə bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli Çağrı Mərkəzinə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 – “Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə məlumat verilməsini tövsiyə edir.
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır