logo

Gürcüstanda bankı qarət etmək istəyən şəxs həbs edilib

20:40 09-09-2021 | icon 3829
Gürcüstanda bankı qarət etmək istəyən şəxs həbs edilib

“Gürcüstan bankı”nın Kvareli şəhərinin Çavçavadze küçəsindəki filialına silahlı basqın edən şəxs həbs edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, aparılan danışıqlar nəticəsində girovların hamısı azad olunub, daha sonra terrorist həbs edilib.

Qeyd edək ki, banka silahlı basqın edən şəxs əvvəlcə 3-ü bank əməkdaşı olmaqla 15 nəfəri girov götürmüşdü.

O, girovları azad etmək üçün 500 min dollar pul tələb edirdi.

Terroristin kimliyi barədə məlumat verilmir.