Yasamal rayonu ərazisində yolu keçən Rəşad Abdurəhmanov T.Cəfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.