Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a rəsmi səfər edəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, səfərin sentyabrın 19-21 tarixləri arasında həyata keçiriləcəyi gözlənilir.
Səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə ABŞ prezidenti Co Bayden , eləcə də digər rəsmi şəxslərlə görüşləri planlaşdırılıb.
Görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi, eləcə də regional məsələlər müzakirə olunacaq.