logo

Daha 5 ağır yaralanan qazimiz Türkiyəyə müalicəyə göndərildi

12:58 09-09-2021 | icon 1946
Daha 5 ağır yaralanan qazimiz Türkiyəyə müalicəyə göndərildi

Ağır yaralanan daha 5 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  YeniAvropa-ya bildirilib ki, onlar İdrisov Ərşad Rafiq oğlu, Misirzadə Rahib Mübariz oğlu, Əmənli Nurlan Şirzad oğlu, Səmədov Ceyhun Eldar oğlu, Əzizli Səddam Nazim oğludur.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 131 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.