logo

İranda koronavirusdan ölənlərin sayı 112 min nəfəri ötüb

16:07 08-09-2021 | icon 3794
İranda koronavirusdan ölənlərin sayı 112 min nəfəri ötüb

 Son 24 saat ərzində İranda 26 min 854 nəfərin koronavirusa yoluxub, 538 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 210 min 978 nəfərə, ölənlərin ümumi sayı isə 112 min 430-a çatıb.

İran xəstəxanalarında müalicə alan 7 min 534 yoluxan xəstənin vəziyyəti ağır olaraq qalır.

Bu günə kimi koronavirusdan müalicə alan 4 milyon 453 min 651 nəfər sağalaraq evə buraxılıb.