logo

İntihar etmiş əsgərlə bağlı cinayət işi xüsusi nəzarətə götürülüb

15:10 08-09-2021 | icon 1918
İntihar etmiş əsgərlə bağlı cinayət işi xüsusi nəzarətə götürülüb

Bu il sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağa Zakir oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun istintaq idarəsinə həvalə olunub.

Hazırda iş üzrə zəruri tədbirlərin görülməsi davam etdirilir.