logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq,  26° isti olacaq

13:13 08-09-2021 | icon 1862
Sabah Bakıda qısamüddətli yağış yağacaq,  26° isti olacaq

Azərbaycanda sentyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz havanın arabir tutulacağı, Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 17-19°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi - 766 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 25-30° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 29-34° isti olacaq.

Xankəndi şəhərinin, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 24-29° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında yağış yağacağı proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 25-30° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı ehtimal edilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 23-26° isti, dağlarda gecə 13-16°, gündüz 17-19° isti olacağı ehtimalı var.