Leysan yağışlar çaylarda selə səbəb olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 8-i saat 12:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Lənkəran-Astara və Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub, leysan yağış nəticəsində Əyriçay Başdaşağıl (Oğuz), Balakənçay və Talaçaydan (Zaqatala) sel keçib. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, düşən yağışın miqdarı Lənkəranda 71 (aylıq normanın 42 faizi), Astarada 59 (aylıq normanın 30 faizi), Lerikdə 40 (aylıq normanın 58 faizi), Kişçayda (Şəki) 39 (aylıq normanın 37 faizi), Şinçayda (Şəki) 32 (aylıq normanın 47 faizi), Yardımlıda 29 (aylıq normanın 37 faizi), Əyriçay Başdaşağılda (Oğuz) 27 (aylıq normanın 37 faizi), Şəkidə 25 (aylıq normanın 37 faizi), Qubada 20 (aylıq normanın 32 faizi), Zaqatalada 18, Qusarda 14 (aylıq normanın 29 faizi), Sarıbaşda (Qax) 13, Şahdağda 11, Nabranda 10, Balakən, Qrızda 7, Xınalıqda 6, Şabranda 5, Xaltan, Şabran, Altıağacda 3, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Şirvan, Göytəpə, Kəlvəz, Yevlaxda 1 millimetrədək olub.
Bakıya və Abşeron yarımadasına gəlincə isə Maştağaya 2, Binə və Bakıya 1 millimetrədək yağıntı düşüb.
Şimal-qərb küləyi əsəcək, arabir Naftalanda 28 metr/saniyə, Tərtər, Salyanda 25, Ağdamda 22, Neftçala, Hacıqabul, Şirvanda 20, Gəncədə 18, Şəmkir, Şabran, Xaçmazda 16, Bakıda 28, Sumqayıtda 25, Ələtdə 24, Qum adasında 23, Binədə 21, Pirallahıda 20, Maştağa, Çılov adası, Neft Daşlarında 19 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.2 metrə çatıb.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan yağıntılı, küləkli hava şəraiti sentyabrın 9-dan sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür