Qətər şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirak etməkdə maraqlıdır
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin inkişaf etdiyi, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Qətər Dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləməsi yüksək qiymətləndirilir. İqtisadiyyat naziri qeyd edib ki, ticarət-investisiya əməkdaşlığı Azərbaycan-Qətər tərəfdaşlığının əsas istiqamətlərindəndir. Ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər mövcuddur. İş adamları iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı əməkdaşlıq edir, bir sıra Azərbaycan məhsulları Qətər ticarət şəbəkələrində satılır. Vurğulanıb ki, Qətərdə nəzərdə tutulan Azərbaycan Ticarət Evinin yaradılması, “Investment Roadshow” tədbirinin təşkili, ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsi və digər tədbirlər iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə töhfə verəcək.
Görüşdə Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, sənaye zonalarının, Ələt Azad İqtisadi Zonasının logitsika imkanları diqqətə çatdırılıb.
Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində, Qətər şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı ilə bağlı həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb