logo

Bir barel neftin 65-75 dollara satılması daha əlverişlidir-Vahid Ələkbərov

17:17 07-09-2021 | icon 2695
Bir barel neftin 65-75 dollara satılması daha əlverişlidir-Vahid Ələkbərov

Neftin bir barelinin 100 dollara satılması bu sahənin yenidən çökməsinə gətirib çıxarar.

 YeniAvropa xəbər verir ki, bu fikirləri “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov “Kommersant” qəzetinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, bir barel neftin 65-75 dollara satılması həm istehsalçılar, həm də istehlakçılar üçün əlverişlidir. Neftin qiymətinin həddindən artıq artması neft bazarının çökməsinə gətirib çıxarar.

V.Ələkbərov əlavə edib ki, “OPEC+” formatı tənzimləmə institutu kimi həmişəlik yaradılıb.